“Cəsurlar” hərbi-idman və turizm oyununun respublika final yarışlarına start verildi
Bu gün Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində "Cəsurlar" hərbi-idman və turizm oyununun respublika final yarışları başlayıb. Siasport idman portalının məlumtaına görə, yarışda əvvəlcə Azərbaycanın dövlət himni səslənib. Tədbirdə liseyin rəisi, general-mayor Mirzə Almasov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Qulu Novruzov və başqaları çıxış edərək gənc nəsilə vətənpərvərlik hisslərinin aşılanmasında "Cəsurlar" hərbi-idman və turizm oyununun əhəmiyyətindən danışıblar. Bildirilib ki, yarışların məqsədi yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasından ibarətdir.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və bölgələrdən 19 komanda birincilik uğrunda mübarizə aparıb. Yarış iki mərhələdən ibarətdir. Birinci mərhələdə komandaların fərdi sıra hazırlığı yoxlanılıb. İkinci mərhələdə isə cəsurlar müxtəlif sınaqlardan keçməklə öz fərdi bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, sonda yarışların yekun nəticələri elan olunacaq və qaliblər mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB