Dünən "Azəryolservis" İdman Kompleksində Azərbaycanın qadın voleybolçularının Superliqasının yekun, 28-ci turunda "Rabitə" və "Azərreyl" komandaları arasında final yarışı olub. Siasport idman portalının məlumatına görə, "Rabitə" komandası inamlı qələbə qazanaraq Azərbaycan çempionu olub.
Təltifetmə mərasimində çıxış etmiş Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyev keçirilmiş oyunları ölkədə voleybolun populyarlıq göstəricisi adlandırıb. V.Əliyev həmçinin qeyd edib ki, Azərbaycan komandaları nüfuzlu turnirlərdə yüksək yerlər tutur, tez-tez dünya və Avropa çempionatlarının final oyunlarına çıxır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB