Təmsilçimiz finala adını yazdırıb

Təmsilçimiz finala adını yazdırıb

UEFA Regionlar Kuboku turnirinin seçmə mərhələsində təmsilçimiz "Qaraçala" komandası sonuncu oyununu keçirib. Siasport idman portalının məlumatına görə, Serbiyanın "Belqrad" komandası ilə qarşılaşan "Qaraçala" 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, qrupda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran "Qaraçala" final mərhələsinə vəsiqə qazanıb. Turnirin final mərhələsi iyunun 22-dən 29-dək İtaliyanın Veneto şəhərində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə