Voleybol qaydalarına dəyişiklik edildi

Voleybol qaydalarına dəyişiklik edildi

Voleybol qaydalarına dəyişiklik edilib. Siasport idman portalının məlumatına görə, Beynəlxalq Voleybol Federasiyasının İnzibati Şurasının iclasında qəbul edilən yeni qərara əsasən, setdə mübarizə 25 xaladək deyil, çimərlik voleybolunda olduğu kimi 21 xaladək davam edəcək. Həmçinin, set ərzində 2 texniki fasilə (8-ci və 16-cı xallar qazanıldıqdan sonra) əvəzinə artıq biri (12-ci xal qazanıldıqdan sonra) olacaq.
Bu, pilot layihə kimi Avropa Voleybol Konfederasiyasına tapşırılıb.

Qeyd edək ki, yeni qaydalar bu ilin iyununda Avropa Liqasında tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə