Sumqayıt İdman Mərkəzinin işıq dirəkləri quraşdırılır

Sumqayıt İdman Mərkəzinin işıq dirəkləri quraşdırılır

Sumqayıt İdman Mərkəzinin tikintisi davam edir. Siasport idman portalının məlumatına görə, artıq mərkəzin süni ot örtüyün quraşdırılması yekunlaşmaq üzrədir. Bir neçə gün əvvəl isə stadionun işıqlandırma sisteminin quraşdırılmasına başlanılıb. Artıq üç işıq dirəyi tam hazır vəziyyətə gətirilib. Yaxın günlərdə tribunalarda oturacaqların quraşdırılmasına başlanılacaq.

Bundan başqa, Sumqayıt İdman Mərkəzinin texniki sahəsində də təmir işləri davam edir. Paltardəyişmə otaqları ilə yanaşı digər texniki otaqların tikintisi yekunlaşmaq üzrədir. Həmçinin mərkəzin digər meydanı üçün də hazırlıqlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə