Hansı idmançılarımız tatami üzərinə çıxacaq?

Hansı idmançılarımız tatami üzərinə çıxacaq?

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Avropa çempionatı davam edir. Siasport idman portalının məlumatına görə, qitənin ən nüfuzlu yarışının ikinci günündə tatami üzərinə iki Azərbaycan cüdoçusu çıxacaq. Qitə birinciliyində 73 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Hüseyn Rəhimli ilk mərhələdə Murat Kudzakovu (Rusiya) sınağa çəkəcək. Digər idmançımız Tural Safquliyev (81 kq) isə almaniyalı Svena Mareşa ilə qarşılaşacaq.

Qeyd edək ki, çempionatın ilk günü ən yaxşı nəticəni 66 kiloqram çəki dərəcəsində mübarizə aparmış cüdoçumuz Nicat Şıxəlizadə göstərib. Belə ki, idmançımız qitə birinciliyini beşinci pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə