İspaniyanın "Barselona" klubu, "Qalatasaray"ın ulduz qolkiperi Fernando Musleranı transfer etməkdə israrlıdır. Siasport.az saytı xəbər verir ki, neçə müddətdir ki, həm Türkiyənin, həm də İspaniyanın idman saytları və qəzetləri bu barədə yazılar dərc edirlər. Amma konkret addımın may ayının ilk həftəsində reallaşacağı barədə məlumatlar da qüvvədədir. Türkiyə mətbuatı isə iddia edir ki, katalon klubu, "Bavariya" ilə qarşılaşmada 4 cavabsız qol buraxan Viktor Valdeslə vidalaşmağa hazırlaşır. Elə buna görə də, "Barselona" yay transfer dövrü başlamamış F.Musleranın transferini reallaşdırmağa çalışır. Çünki uruqvaylı qolkiperi "Mançester Yunayted" və London "Çelsi"si də öz heyətlərində görmək istəyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB