Azərbaycan kubokunun yarımfinal mərhələsində "Bakı" zəfəri ilə finala adlayan "Xəzər Lənkəran" dünən keçirilən bərpa məşqindən sonra bu gün, səhər saatlarında AZAL ilə keçiriləcək matçın hazırlığına start verib. Lənkərandakı bazanın ehtiyat meydanında baş tutan məşqdə futbolçular Con Bencamin Toşakın rəhbərliyi altında saat yarım ərzində məşq prosesini davam etdirib. Hazırda "ağ yaşıllar"ın heyətində braziliyalı müdafiəçi Vanderson Skarduellinin zədəsi məşqçilər korpusunu narahat edən yeganə məqamdır. "Bakı" ilə cavab qarşılaşmasında zədələnən müdafiəçiyə "sağ ayaq pəncəsinin qapalı sınığı" diaqnozu qoyulub. Digər itki isə hücumçumuz Dimitrios Sialmasla bağlıdır. 27-ci turda "Sumqayıt" ilə qarşılaşmanın son dəqiqələrində qırmızı vərəqə alan forvard AZAL-la qarşılaşmada cənub təmsilçisinə kömək edə bilməyəcək. Bu gün günorta saatlarında "Xəzər Lənkəran" doğma şəhərdəki hazırlığını başa çatdırıb Bakıya yola düşüb. "Ağ yaşıllar" axşam məskunlaşacağı oteldə istirahət edib sabah oyun öncəsi son məşqinə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB