Sabah Daşkənddə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Özbəkistan və Azərbaycanın veteran futbolçulardan ibarət milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Siasport idman portalının məlumatına görə, Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayevin rəhbərliyi altında Özbəkistana yollanmış heyətdə 15 futbolçu yer alıb.
Heyətə Hüseyn Məhəmmədov, Əsgər Abdullayev, Füzuli Cavadov, Səməd Qurbanov, Asim Xudiyev, Şahin Diniyev, Asif Əliyev, Musa Qurbanov, Vəli Qasımov, İlqar Hüseynov, Əbdülqəni Nurməmmədov, Hacıbala Abdullayev, Telman Əzizov, Rauf Əmirov və Nadir Əliyev daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB