Dünya çempionatına ev sahibliyi edəcək şəhərlərin adı açıqlanıb

Dünya çempionatına ev sahibliyi edəcək şəhərlərin adı açıqlanıb

Kişi və qadın voleybolçular arasında 2014-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək şəhərlərin adı açıqlanıb. Siasport idman portalının məlumatına görə, kişilərin yarışı Polşanın Vrotslav, Krakov, Lodz, Katoviş, Qdansk və Bidqoş şəhərlərində keçiriləck. Zərif cinsin nümayəndələri isə İtaliyada 6 şəhərdə - Milan, Roma, Verona, Modena, Triest və Baridə çıxış edəcəklər.

Qadınlardan ibarət yığmamız sentyabrda mübarizə aparacağı Avropa çempionatında mükafatçılar sırasına düşsə, dünya çempionatına birbaşa vəsiqə qazanacaq. Əgər bu, mümkün olmasa, onların mundiala yolu seçmə mərhələdən keçəcək. Kişilərdən ibarət millimiz isə dünya çempionatına təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, Pleman Xristovun baş məşqçisi olduğu yığmamız ilk oyunlarını mayda Xorvatiyada keçirəcək

Bütün xəbərlər Facebook səhifəmizdə