Bakının qadınlardan ibarət "İqtisadçı" voleybol komandası növbəti mövsüm üçün yeni heyət qurur. Siasport idman portalının məluamtına görə, Azərbaycan Super Liqa yarışlarında gümüş medal uğrunda mübarizə aparan universitet komandası 2013/2014-cü il mövsümü üçün artıq ilk transferini rəsmiləşdirib.
Klub rəhbərliyi avstraliyalı Reyçel Rurkun keçidini həll edib və onunla 1 illik müqavilə bağlayıb. Hücumçu son iki ili Polşanın "Atom" komandasında keçirib.
Qeyd edək ki, R. Rurk "Atom"la ölkə çempionatında qızıl və gümüş medallara sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB