"Benfika"nın baş məşqçisi Jorge Jesus, "Fənərbaxça" ilə keçirilən qarşılaşmadan sonra iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, 58 yaşlı mütəxəssis bildirib ki, onun komandası cavab qarşılaşmasında fərqli oyun nümayiş etdirəcək: "Hər şey bu oyunla bitmədi. Düzdür, biz bu qarşılaşmada istədiyimiz oyunu sərgiləyə bilmədik. "Fənərbaxça" olduqca gözəl oyun nümayiş etdirdi. Bu fikirlə tam razıyam. Amma bu o demək deyil ki, cavab qarşılaşmasında məğlubiyyətlə barışmalı olacayıq. Qətiyyən belə deyil. Mən hesab edirəm ki, biz öz meydanımızda nəyə qadir olduğumuzu hər kəsə, ilk növbədə "Fənərbaxça"nın özünə göstərəcəyik."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB