Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) Avropa Komissiyasının Prezidenti Volfang Vebel ilə FAİREX-in fəalları arasında görüş keçrilib. Siasport idman portalının məlumatına görə, İFSС-nin Avropa Komissiyasının Prezidenti V.Vebel aprel 23-dən Bakıda rəsmi səfərdədi. Səfər proqramında cənab Vebelin FAİREX-in fəalları ilə görüşü də planlaşdırılıb. Görüş aprelin 24-də "ClimBaku" idman dırmanması mərkəzində keçirilib.
İFSC-nin Avropa Komissiyasının Prezidenti V.Vebel öncə Azərbaycanda bu idmana göstərilən qayğı və yüksən səviyyəli şəraitin yaradılmasından öz razılığını bildirib. Daha sonra idman dırmanmasında (sport climbing) olan və gələcəkdə gözlənilən dəyişikliklərdən söhbət açan cənab V.Vebel 2020-ci ildə Olimpiya oyunlarına qatılmaq şansları barədə də məlumat verib.
Qeyd edək ki, sonda FAİREX-in fəalları ilə İFSС-nin Avropa Komissiyasının Prezidenti V.Vebel arasında maraqlı sual-cavab keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB