Baroni qoldan sonra ağladı...

Dünən UEFA Avropa Liqasının yarımfinal qarşılaşmasında "Benfika"nın qapısına təyin olunan penaltini qola çevirə bilməyən "Fənərbaxça"nın braziliyalı forvardı Kristiyan Baroni, Türkiyə mediyasının manşetinə çevrilib. Siasport.az saytı xəbər verir ki, buna səbəb ulduz futbolçunun "Benfika"nın qapısına vurulan qoldan sonra hönkür-hönkür ağlaması səbəb olub. Komandasının, onun səhvi ucbatından qələbə qazana bilməməsi kimi ittihamdan qurtulduğuna və "Fənərbaxça"nın qələbəsinə görə sevinən braziliyalı futbolçu, sevincini məhz bu cür qeyd edib. Futbolçu yoldaşlarının təsəllisinə baxmayaraq, onu uzun müddət sakitləşdirmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə