Kubokun final oyununda nominal ev sahibi müəyyənləşib

Kubokun final oyununda nominal ev sahibi müəyyənləşib

Mayın 28-də keçiriləcək Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq komanda müəyyənləşib. Siasport idman portalının məlumatına görə, Peşəkar Futbol Liqasında "Neftçi" və "Xəzər Lənkəran" klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən "Neftçi" klubu Azərbaycan Kubokunun final oyununda nominal ev sahibi olacaq.

Azərbaycan Kubokunun final oyunu

28 may 2013-cü il (çərşənbə axşamı)

"Neftçi" – "Xəzər Lənkəran"
Tofiq Bəhramov adına Respublika stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə