"Qarabağ" "Qəbələ" ilə oyunun hazırlıqlarına start verdi

"Qarabağ" "Qəbələ" ilə oyunun hazırlıqlarına start verdi

"Qarabağ" klubu Premyer Liqanın XXVIII turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlıqlarına start verib. Siasport idman portalının məlumatına görə, 2 gün öncə ölkə kubokunda "Neftçi" ilə qarşılaşan Ağdam təmsilçisinə baş məşqçi Qurban Qurbanov dünən istirahət verib. Bu gün "Qarabağ" tək məşqlə kifayətlənəcək. Sabah isə adı çəkilən komanda "Qəbələ" rayonuna yollanacaq. Axşam matçın keçiriləcəyi stadionda məşqə çıxacaq.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu aprelin 28-də, saat 16:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə