Rahid Əmirquliyev: Kubokda da rekordçu STATİSTİKA

Rahid Əmirquliyev: Kubokda da rekordçu STATİSTİKA

Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Bakı" ilə cavab oyunu (2:0) "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olub. Siasport idman portalının məlumatına görə görə, yarımmüdafiəçi bu görüşdə meydana çıxmaqla rekord müəyyənləşdirib. "Xəzər Lənkəran"ın heyətində ən çox oyun keçirən futbolçu kimi rekorda malik müdafiəçi 35-ci kubok oyununa çıxıb. Bununla da o, klub rekordunu müəyyənləşdirib. Bunadək Alim Qurbanov ilə şərikli rekorda (34 oyun) sahib olan Əmirquliyev sabiq komanda yoldaşını arxada qoyub.

"Ağ-yaşıllar"ın kapitanı komandanı finala çıxaran topa imza atmaqla rəqib qapılarına vurduğu qolların sayını 26-ya çatdırıb. Bununla da Rahid braziliyalı Mario Souzaya çatıb. Yalnız klubun 2 ən yaxşı bombardiri – Zaur Ramazanovla Samir Əliyevdən geri qalan kapitan hazırda 3-cü pilləyə şərikdir.

"Xəzər Lənkəran" tarixinin ən yaxşı 5 bombardiri


1 Zaur Ramazanov 44
2 Samir Əliyev 34
3-4 Rahid Əmirquliyev 26
Mario Souza 26
5 İvan Tsvetkov 24

Vurduğu qolların 6-nı kubokda rəqib qapısından keçirən Əmirquliyev bu yarışdakı bombardirlər sırasında da 3-cü pilləyə şərik olub. Burada o, Ramazanova da çatıb.

Kubokda 5 və daha çox qol vuran "Xəzər Lənkəran"lılar


1 Vüqar Nadirov 13
2 Samir Əliyev 9
3-6 Rahid Əmirquliyev 6
Rəşad Abdullayev 6
Zaur Ramazanov 6
Xorxe Dias 6
7 Mario Souza 5

Bütün xəbərlər Facebook səhifəmizdə