I Asiya Sportinq yarışında Azərbaycan idmançıları da iştirak edirlər

I Asiya Sportinq yarışında Azərbaycan idmançıları da iştirak edirlər

Dünən Küveyt Dövlətində keçirilən I Asiya Sportinq (idman ovçuluğu) Küveyt Granprisi yarışında Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayevin rəhbərliyi ilə ölkəmizin yığma komandası da iştirak edib. Siasport idman portalının məlumatına görə, yarışlar kompakt sportinq və böyük sportinq üzrə iki mərhələdə keçirilib.

Qeyd edək ki, Beynəlxalq Sportinq Federasiyasının (FİTAS) prezidenti Jan Fransua da yarışlar ilə əlaqədar Küveyt Dövlətində səfərdədir.

Əlavə edək ki, yarış aprelin 29-dək davam edəcək. Mükafatlandırma mərasimi də qeyd etdiyimiz tarixdə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə