"Fənərbaxça" və "Çelsi" qələbə qazandı

"Fənərbaxça" və "Çelsi" qələbə qazandı

Bu gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start verilib.

SİA-nın məlumatına görə, azərbaycanlı azarkeşlər üçün də böyük maraqla gözlənilən oyun İstanbulda baş tutub.

Türkiyə təmsilçisi "Fənərbaxça" Portuqaliyanın "Benfika" klubunu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Digər oyunda isə İsveçrənin "Bazel" klubu İngiltərə təmsilçisi "Çelsi"ni qəbul edib.

Oyun 2:1 hesabı ilə "Çelsi"nin xeyrinə başa çatıb.

"Bazel" (İsveçrə) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Moses, 12 (0:1), Şer, 88-pen (1:1), David Luis, 90+4 (1:2)

"Fənərbaxça" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 1:0

Qol: Egemen Qorxmaz, 72 (1:0)

Bütün xəbərlər Facebook səhifəmizdə