Media və YAP rayon təşkilatları arasında voleybol turnirinin növbəti oyunları keçirildi

Media və YAP rayon təşkilatları arasında voleybol turnirinin növbəti oyunları keçirildi

Bu gün "Nar Mobile" şirkətinin dəstəyi ilə media və YAP rayon təşkilatları arasında voleybol üzrə növbəti turun oyunu keçirilib. Siasport idman portalının məlumatına görə, günün ilk oyunu "İki Sahil - YAP Xəzər rayon təşkilatı arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk setində üstünlük media nümayəndələrinin tərəfində olub. Birici set 25:20 hesabı ilə başa çatıb. İkinci setdə YAP Xəzər rayon təşkilatı komandası qələbə əldə etmək üçün əzmkar oyun nümayiş etdirib. Buna baxmayaraq qarşılaşmanın qalibi "İki sahil" qəzeti olub 25:22. Oyun 2:0 hesabı ilə başa çatıb.

Günün ikinci qarşılaşması SİA – YAP Sabunçu rayon təşkilatı oyunu isə baş tutmayıb. YAP Sabunçu rayon təşkilatı komandası qarşılaşmaya gəlmədiyinə görə, aktivinə texniki məğlubiyyət yazılıb.

Son qarşılaşma isə "Yeni Azərbaycan" qəzeti – YAP Yasamal rayon təşkilatı arasında keçirilib. Maraqlı oyun şəraitində keçən qarşılaşmanın ilk hissəsinin qalibi YAP Yasamal rayon təşkilatı olub 11:25. İkinci hissədə də jurnalistlər oyunda dönüş yarada bilməyiblər. Bu setin də qalibi YAP Yasamal rayon təşkilatı komandası olub. Sonuncu hissə də ilk setdə olduğu kimi 11:25 hesabı ilə başa çatıb. Hər iki setin nəticəsinə əsasən qalib tərəf YAP Yasamal rayon təşkilatı olub 0:2.

Media və YAP rayon təşkilatı arasında keçirilən voleybol turnirinin 1/4 final mərhələsinin ilk oyunlarını diqqətinizə çatdırırıq:

29 aprel

17:30 SİA – YAP Xətai rayon təşkilatı
18:00 AzərTac – YAP Nizami rayon təşkilatı

Bütün xəbərlər Facebook səhifəmizdə