"Sumqayıt" "Kəpəz" ilə oyuna itkilərlə çıxacaq.

"Sumqayıt" "Kəpəz" ilə oyuna itkilərlə çıxacaq.

Topaz Premyer Liqasının son turunda səfərdə "Xəzər Lənkəran" ilə heç-heçə edən "Sumqayıt" Futbol Klubu "Kəpəz"lə oyunun hazırlığını davam etdirir. Siasport idman portalının məlumatına görə, "Bayıl Arena"da məşqə çıxan komanda da zədəli futbolçular mövcuddur. Yüngül zədəsi olan kapitan Samir Abasov və Pərdis Fərcad-Azad fərdi məşqlər ilə kifayətlənib.

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu aprelin 27-də saat 17:00-da "Dalğa Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə