"İnter" doğma meydanda xal itirdi

"İnter" doğma meydanda xal itirdi

Bu gün U-16 Liqasında 20-ci turun oyunları keçirillib. Siasport idman portalının məlumatına görə, "İnter" "Şəfa" stadionun 4-cü meydanında "Xəzər-Lənkəran" komandası ilə qarşılaşıb. Görüş 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Bakılıların heyətində Amil Atakişiyev fərqlənib.

Qeyd edək ki, 20 turdan sonra Vəli Hüseynovun yetirmələrinin aktivində 37 xal var. Bu nəticə ilə Bakı təmsilçisi turnir cədvəlində 3-cü yeri tutur.

Əlavə edək ki, "İnter" növbəti turda doğma divarlar arasında "Vətən" RİOEUG klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə