Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Siasport idman portalının məlumatıan görə, A qrupunda yer alan millimiz Xorvatiya, Niderland və Bosniya və Herseqovina yığmaları ilə qarşılaşacaq. Mayın 23-dən iyunun 8-dək Xorvatiyada təşkil olunacaq A qrupunun oyunlarında ilk pilləni tutan komanda birbaşa yarışın üçüncü mərhələsinə vəsiqə qazanacaq. İkinci pillənin sahibləri isə oktyabrın 2-6-da keçiriləcək ikinci mərhələdə çıxışlarını davam edəcəklər.
Qeyd edək ki, 24 milli komandanın iştirak edəcəyi dünya çempionatı gələn il Polşada təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB