"Qarabağ" klubunun müdafiəçisi Admir Teli mövsümü başa vurub. Siasport idman portalının məlumatına görə, ardıcıl 88 oyuna çıxmaqla Azərbaycan rekordu qıran Albaniyalı futbolçu "Bakı" ilə oyunda zədələnərək əvəzlənməli olub. Müayinələrdən sonra məlum olub ki, 31 yaşlı futbolçunun sağ ayağı burxulma nəticəsində zədələnib. Eyni oyunda əzilən Ansi Aqollinin vəziyyəti bir qədər daha yüngüldür. "Qarabağ"ın fizioterapevti Murat Şahinoğlu zədəlilər ilə bağlı açıqlamasında bildirib: "Admirin vəziyyəti daha ağırdı. İlkin müainə zamanı vəziyyətin ağır olması bəlli olub. Onun üzərində xüsusi müalicə proseduru yerinə yetiririk. Gələn həftə onu yüngül məşqlər etdirə bilərik. Amma bunun fəsadı da ola bilər. Ona görə də riskə getməyi düşünmürük. Normalda Admirin geri dönüşü üçün 1 ay lazımdır. Amma müalicənin verdiyi təsirin də böyük rolu var. Ansinin əziyyəti isə daha qənaətbəxşdir. Hər halda Aqollinin bu mövsüm oynama şansı var. Onun zədəsi əzələ gərilməsidir. Heyətə dünməsi üçün 10 gün lazım olur. Hazırlıq prosesini də nəzərə alsaq daha bir neçə gün lazım ola bilər. Belədə son 2-3 oyunda meydana çıxma şansı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB