Taekvondoçularımız Türkiyənin Konya şəhərində keçirilən yarışda uğurla çıxış ediblər. Siasport idman portalının məlumatına görə, Beynəlxalq Rumi Uşaq İdman Oyunlarında 23 ölkədən 290 idmançı iştirak edib. Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi yeniyetmələrdən ibarət Azərbaycan millisi 6 medala sahib olub.
Yarışa 10 idmançı ilə yollanan komandamızın heyətində Nicat Əsgərli (57 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Digər taekvondoçularımız Umud Məmmədov (33 kq) gümüş, Əli İsazadə (37 kq), Nərgiz Mirzəyeva (33 kq), Şəms İsayeva (47 kq) və Cəvarət Dövlətova (44 kq) isə yarışı bürünc medalla başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB