"Kəpəz" TV-də Gəncənin uşaq futbolundan danışılıb

"Kəpəz" TV-də Gəncənin uşaq futbolundan danışılıb

Gəncənin "Kəpəz" televiziyasında yayımlanan "Kəpəz Futbol Klubu"nun növbəti buraxılışı adı çəkilən şəhərdə uşaq futbolunun mövcüd vəziyyətinə həsr olunub. Siasport idman portalının məlumatına görə, mövzu ilə bağlı studiyada ekspert kimi Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Xəyal Hacıyev və Almaniyada çalışan azərbaycanlı məşqçi Cəlil Əliyev qonaq olub. "Kəpəz" fanklubunun azarkeşləri eləcə də, yeniyetmə və gənc futbolçular tamaşaçı qismində öz yerlərini tutublar. Xəyal Hacıyev Gəncənin uşaq futbolundakı vəziyyəti dəyərləndirməklə, uğurlarla yanaşı, problemlərin də olduğunu bildirib. Cəlil Əliyev isə Almaniyada uşaq futbolunun durumundan danışmaqla, müqayisələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə