Təlim-məşq toplanışı məqsədi ilə Hollandiyaya yollanan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası "zanbaqlar ölkəsi"ndə ilk yoxlama oyununu keçirib. Siasport idman portalının məlumatına görə, Belçika təmsilçisi "Brügge" ilə üz-üzə gələn "qırmızı-qaralar"ın ilk sınağı uğurlu alınıb. Matçın ilk dəqiqələrindən üstünlüyə yiyələnən Hüseynqulu Quliyevin yetirmələri yekunda 2:0 hesabı ilə qalib gəliblər. "Qəbələ"yə qələbə qazandıran qollara Xəyal Əmirli və Rövlan Muradov imza atıb.
Qeyd edək ki, "qırmızı-qaralar" Hollandiyada növbəti oyununu bu gün keçirəcək. Bakı vaxtı ilə 18:30-da baş tutacaq matçda "Qəbələ" yerli "Ayaks" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB