2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə F qrupunda mübarizə aparan Portuqaliya - Rusiya oyununun keçiriləcəyi stadion və oyunun başlanma vaxtı müəyyənləşib. Siasport idman portalının məlumatına görə, matç Lissabon şəhərindəki "Estadio da Luz" stadionunda keçiriləcək. Qarşılaşma iyunun 7-də yerli vaxtla saat 20:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB