Azərbaycan kubokunun ilk finalçısı məlum olub. Siasport idman portalının məlumatına görə,yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Bakı"ya minimal hesabla məğlub olan "Xəzər Lənkəran" cavab qarşılaşmasında rəqibinə 2:0 hesabı ilə qalib gələrək mayın 28-də keçiriləcək Azərbaycan kubokunun final oyununa vəsiqə qazanıb.
Baş məşqçilərin fikirlərini təqdim edirik:
Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: "Rəqib komandanı finala çıxması ilə təbrik edirəm. Çox gözəl oyun göstərdik. Təəssüf ki, yaratdığımız qol imkanlarından faydalana bilmədik".
Con Toşak, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bizim üçün ağır oyun oldu. Komandamız əzmkarlıq göstərdi, sonacan mübarizə apardı. İlk qolu vaxtında vurduq. Mənə elə gəlir ki, "Bakı" finala getmək şansını artıq ilk oyunda itirdi. Onlar şanslarını boşa verdilər. Həmin oyunda bizim bəxtimiz gətirdi. Azarkeşlərə minnətdaram. Hiss etdik ki, doğma divarlar arasında oynayırıq. Qələbədə onların da payı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB