"Borussiya" "Real"a dərs keçdi

Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib. Siasport idman portalının məlumatına görə, "Borussiya" Madridin "Real" klubunu qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunun qalibi almanlar olub. Matçın 8-ci dəqiqəsində polşalı hücumçu Levandovski oyunda hesabı açıb. Adı çəkilən futbolçu bundan sonra daha 3 qolu komandasının aktivinə yazıb. Qonaq komandanın təsəlli qolunu isə Ronaldo vurub. "Borussiya" öz meydanında "Real"ı 4:1 hesabı ilə məğlub edib.

23 aprel

23:45. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 4:0

24 aprel

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Real" (İspaniya) - 4:1
Qol: Levandovski, 8 (1:0), 50 (2:1), 55 (3:1), 67-pen (4:1), Ronaldo, 43 (1:1)

Bütün xəbərlər Facebook səhifəmizdə