Media və YAP rayon təşkilatları arasında futbol turnirinin növbəti oyunları keçirildi

Media və YAP rayon təşkilatları arasında futbol turnirinin növbəti oyunları keçirildi

Bu gün "Coca Cola" şirkətinin dəstəyi ilə media və YAP rayon təşkilatları arasında futbol üzrə növbəti turun oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, günün ilk qarşılaşması - YAP Binəqədi rayon təşkilatı – "Yeni Azərbaycan" qəzeti matçı baş tutmayıb. Buna səbəb media nümayəndələrin oyuna gəlməməsi olub. Belə olduqda YAP Binəqədi rayon təşkilatı komandasına texniki qalibiyyət verilib.

Günün maraqlı qarşılaşması YAP Sabunçu rayon təşkilatı – "İki sahil" qəzeti arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda qapılara 10 qol vurulub. Oyun jurnalistlərin qələbəsi ilə başa çatıb 4:6.

Turun baş tutmayan oyunlar siyahısına "Xalq" qəzeti – YAP Yasamal rayon təşkilatı matçı da yazılıb. Media nümayəndələri oyunda iştirak etmədiyinə görə, texniki məğlubiyyət ilə barışmalı olublar.

Günün son matçı YAP Nərimanov rayon təşkilatı – YAP Nizami rayon təşkilatı arasında baş tutub. Gərgin keçən oyun mübarizəsində sevinən tərəf YAP Nərimanov rayon təşkilatı olub. Maçtda YAP Nərimanov rayon təşkilatı 3:2 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə