YAP Xətai rayon təşkilatı qələbəyə sevindi FOTOLAR

YAP Xətai rayon təşkilatı qələbəyə sevindi FOTOLAR

Bu gün "Nar Mobile"nin dəstəyi ilə media və YAP rayon təşkilatları arasında voleybol üzrə növbəti turun oyunu keçirilib. Siasport idman portalının məlumatına görə, günün yeganə oyunu YAP Xətai rayon təşkilatı – YAP Abşeron rayon təşkilatı arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk setində üstünlük YAP Xətai rayon təşkilatı komandasında olub. Birici set 25:17 hesabı ilə başa çatıb. İkinci setdə YAP Abşeron rayon təşkilatı komandası qələbə əldə etmək üçün əzmkar oyun nümayiş etdirib. Buna baxmayaraq qarşılaşmanın qalibi YAP Xətai rayon təşkilatı olub 25:23. Oyun 2:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, oyunlar "Nar Mobile"nin dəstəyi ilə keçirilir.







Bütün xəbərlər Facebook səhifəmizdə