"Qarabağ" klubunun 19 yaşlılardan ibarət komandası bu gün çempionatın yarımfinal oyununun ilk görüşündə "Neftçi" ilə qarşılaşıb. Siasport idman portalının məlumatına görə, Elşad Xudadatovun yetirmələri ilk görüşdə böyük hesablı qələbə qazanaraq demək olar ki, finala vəsiqəni təmin edib. Siyamək Məmişovun vurduğu qolla Ağdam təmsilçisi ilk hissəni öndə başa vurub. İkinci hissədə isə "Qarabağ" komandası daha amansız olub. Vüqar Mövlamov dublu, Tural Rzayevin 1 qolu ilə "Qarabağ" hesabı 4:0-a çatdırıb. Elə bu hesab ilə qələbə qazanan Ağdam təmsilçisi cavab oyunundan öncə böyük üstünlük qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB