Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Əli Gökdəmir Almaniyanın "Hannover" komandası ilə yeni müqavilə imzalayıb. Siasport idman portalının məluamtına görə, futbolçu Bundesliqa klubu ilə yayda başa çatacaq müqaviləsinin müddətini artırıb. Komandanın ehtiyat qapıçısı Markus Miller və polşalı hücumçu Artur Sobexlə də yeni müqavilə bağlanıb.
Qeyd edək ki, Ə.Gökdəmir "Hannover"in əsas komandasının üzvü sayılsa da, zədəli olduğundan kənarda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB