Volfanq Vebelin: “Azərbaycanda ekstremal idman növləri sürətlə inkişaf edir" MÜSAHİBƏ-EKSKLÜZİV

Volfanq Vebelin: “Azərbaycanda ekstremal idman növləri sürətlə inkişaf edir" MÜSAHİBƏ-EKSKLÜZİV

Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) Avropa Komissiyasının Prezidenti Volfanq Vebelin Siasport.az saytına müsahibəsi:

- Cənab Volfanq Vebel Azərbaycana səfərinizin əsas məqsədi nədən ibarətdir? Ölkəmizdə keçirəcəyiniz görüşlərdən gözləntiləriniz?

- Azərbaycana gəlişimin əsas məqsədi dağa dırmanma idman növünün 2015-ci ildə ölkənizdə keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarının siyahısına daxil edilməsidir. Mən bu məsələyə çox optimist yanaşıram. Ümid edirəm ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə bu nadir idman növünü üzrə yarışları ölkənizdə keçiriləcək I Avropa Yay Olimpiya oyunlarında görə biləcəyik.

- Azərbaycanda tikilən idman komplekslərinin şəraiti bu yarışların Azərbaycanda keçirilməsinə imkan verirmi?

- Azərbaycan Gənclər və İdman Nazirliyinə keçirdiyi görüşlərdən mənə məlum oldu ki, ölkənizdə çoxlu sayda idman olimpiya kompleksləriniz var. Çox yaxşı olardı ki, dağa dırmanma idman növü ilə bağlı komplekslərdə avadanlıqlar quraşdırardınız. Əgər bu yarış növü I Avropa Yay Olimpiya Oyunlarının siyahısına daxil olunsa, komplekslərinizdə yerləşdirilən bu avadanlıqlar idmançılarınızın yarışa daha yaxşı hazırlanmasına kömək edəcək.

- Cənab Volfanq Vebel Beynəlxalq İdman Dırmanması Federasiyası dağa dırmanma idman növünün Azərbaycanda və dünyada daha da populyarlaşması üçün hansı işləri görür?

- Azərbaycanda bu idman növünün inkişafı üçün Beynəlxalq İdman Dırmanması Federasiyasının ən aktiv üzvlərindən olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası mövcuddur. Bu fedarasiyanın yaşının az olmasına baxmayaraq ən fəal üzvlərimizdən biridir. 22-23 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan "Dünya Kuboku" oyunlarının məhz ölkənizdə təşkili bu əməkdaşlığın bariz nümunəsidir. Bu da onu sübut edir ki, ölkənizdə bu idman növü sürətlə inkişaf edir. Bu idman növünün Azərbaycanda belə sürətlə inkişafını Beynəlxalq İdman Dırmanması Federasiyası olaraq dəstəkləyirik.

- Azərbaycanlı hakim və idmançılara federasiyanız tərəfindən treyninqlər keçirilməsi nəzərdə tutulubmu?

- Çox yaxşı bir məsələyə toxundunuz. Biz istəyərdik ki, fedarasiyalarımızın yaxşı idmançıları olsun. Beynəlxalq İdman Dırmanması Federasiyası olaraq bu idman növünün Azərbaycanda inkişafı üçün bütün dəstəyi verməyə hazırıq.

- Azərbaycanlı hakimlərin Beynəlxalq İdman Dırmanması Federasiyası xətti ilə beynəlxalq yarışlara təyinatı mümkündürmü? Əgər mümkün deyilsə azərbaycanlı hakimlər və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası hansı addımları atmalıdır?

- Milli fedarasiyalar bu istiqamətdə işlər görürlər.Yəni onlar yaxşı idmançılar hazırlamalıdırlar. Xüsusilə də gəncləri hazırlamalıdırlar ki, dünya kuboku yarışlarında iştirak etsinlər. İdmançılarınız mötəbər tədbirlərdə iştirak etməlidirlər. Bundan sonra onlar Azərbaycana qayıtdıqdan sonra təcrübələrini digər idmançılarla bölüşməlidirlər. Beynəlxalq İdman Dırmanması Federasiyası bu yarışlarda iştirakdan sonra idmançılarınızın səviyyəsini müəyyən etməlidir.

- Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarının siyahısına bu idman növünün daxil edilməsi ilə bağlı sizin fikrinizi nədən ibarətdir? Əgər salınsa neçə ökənin nümayəndələri iştirak edəcək?

- Bizim fedarasiyanın formatına görə, 60 nəfər idmançı Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarında iştirak edə bilər. Onlardan 30 qadın, 30-u isə kişi idmançıları ola bilər. Bu 60 nəfər dünyanın ən yaxşı dağa dırmanma idmanı ilə məşğul olanlar olacaq. Müəyyən kriteriyalara cavab verən 20 ölkədən olan atletlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə