Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSС) Avropa Komissiyasının Prezidenti Bakıdadır
Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) Avropa Komissiyasının Prezidenti Volfgang Vabel dünən Bayıka işgüzar səfərə gəlib. Siasport idman portalının məlumatına görə, İFSС-nin Avropa Komissiyasının Prezidenti V.Vabelin gəlişinin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının siyahısında idman dırmanmasının da yer almasıdır.
Səfər zamanı İFSC-nin Avropa Komissiyasının Prezidenti Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərləri ilə bir sıra işgüzar görüşlər keçirəcək, eyni zamanda, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idman klublarının fəalları ilə görüşəcək.
Qonaq ilk təəssüratında İFSC-nin fəaliyyəti, planları haqqında məlumat verib və Azərbaycanda bu idman növünə göstərilən qayğı və diqqətdən məmnun olduğunu bildirib. Həmçinin o, FAİREX-in 2010-cu ilin əvvəlindən İFSС-yə üzv olduğunu və bu qısa müddət ərzində FAİREX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının İFSС-nin diqqətini cəlb etdiyini bildirib.
Qeyd edək ki, səfər çərçivəsində Vebel Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş "Climbaku" İdman Dırmanması Mərkəzi və Federasiyanın idman qurğuları ilə tanış olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB