Mayın 3-də Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Quba rayonundaki, Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə (3751 m) kütləvi yürüş və yüksəkliyə qaçış keçiriləcək. Siasport idman portalının məlumatına görə, artıq ənənə halını almış bu yürüşdə respublikanın müxtəlif təşkilatlardan, idman klublarından, ali və orta təhsil ocaqlarından, nazirliklərdən və bir çox özəl və ictimai təşkilatlardan 400 yaxın idmançı və həvəskar iştirak edəcək.
Qeyd edək ki, yürüş mayın 11-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB