AFFA və Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi distribüteri "Auto Azərbaycan" arasında imzalanmış 3 illik tərəfdaşlıq müqaviləsinə əsasən bu gün AFFA-nın inzibati binasının qarşısında Hyundai avtomobillərinin assosiasiyaya təqdimat mərasimi keçirilib. Siasport idman portalının məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, "Auto Azərbaycan" şirkətinin idarə heyətinin üzvü Ziya Babayev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iştirak ediblər. Tərəfdaşlıq müqaviləsi qeyd olunmuş müddət ərzində AFFA-nın "Auto Azərbaycan" şirkəti tərəfindən təqdim olunmuş avtomobillərdən istifadəsi, eləcə də "Futbol dünyası" qəzetində və AFFA-nın rəsmi internet səhifəsində, Auto Azərbaycan" internet səhifəsinə keçid, çap materiallarında reklam, media fonda loqo, meydançaətrafı reklam yeri və digər reklam xarakterli tədbirləri özündə ehtiva edir.
AFFA-nın baş katibi Elxan Məmmədov "Auto Azərbaycan" ilə müqavilə barədə fikirlərini belə ifadə edib: "Azərbaycan futbolunun inkişafı, kütləviliyinin genişlənməsi nüfuzlu şirkətlərin futbola diqqət ayırmasına zəmin yaradır. Sevindirici haldır ki, AFFA ilə "Auto Azərbaycan" arasında 4 ildən artıq müddətdə mövcud olan əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Onu da qeyd etmək istərdim ki, dünyanın tanınmış brendlərindən olan HYUNDAI beynəlxalq səviyyədə təşkil olunan bir çox futbol yarışlarının rəsmi tərəfdaşlarından biridir. Ötən il Azərbaycanda keçirilmiş FIFA U-17 qadınlararası dünya çempionatı zamanı biz bir daha bunun şahidi olduq. AFFA ilə əməkdaşlıq etmklə "Auto Azərbaycan" da bu ənənənin davamçısı olduğunu, ölkəmizdə futbolun kütləviliyinə yardımçı olmaq istədiyini nümayiş etdirdi".
Tədbirdə iştirak edən "Auto Azərbaycan" şirkətinin idarə heyətinin üzvü Ziya Babayev bildirib: "Bütün dünyada futbola dəstək olan Hyundai brendi Azərbaycanda da ölkə futbolunun inkişafında iştirak etməkdədir və bu gün imzalanan bu tərəfdaşlıq müqaviləsinə görə çox məmnunuq".
(374).jpg)
(367).jpg)
(364).jpg)
(351).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB