Təqvimdə göstərildiyi kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu il sentyabrın 6-da İsrail və Azərbaycan milli komandaları qarşılaşmalı idi. Siasport idman portalının məlumatına görə, İsrail Futbol Federasiyası AFFA-ya müraciət edərək həmin tarixdə İsraildə bayram olduğunu bildirib və oyunun bir gün sonraya - sentyabrın 7-ə keçirilməsini xahiş edib. AFFA bu müraciəti müsbət cavablandırıb.
Beləliklə, İsrail - Azərbaycan oyunu sentyabrın 7-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB