Dünya ulduzları Azərbaycanda toplaşır

Dünya ulduzları Azərbaycanda toplaşır

Dünyaca məşhur "Atletiko" Madrid klubunun üzvləri aprelin 28 -dən etibarən şəhərimizin qonaqları olacaqlar. Siasport idman portalının məlumatına görə, İspaniyanın ən sevilən klubunun nümayəndələri 3 gün ərzində paytaxtımızda baş tutacaq müxtəlif yönlü tədbirlərə qatılacağı gözlənilir. Aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda "Atletiko' Madrid" - "Azərbaycan Ulduzları" (All Star of Azerbaijan) komandaları qarşılaşacaq.

Qeyd edək ki, bu möhtəşəm futbol bayramını izləmək istəyən azarkeşlər sabahdan etibarən oyun biletlərini əldə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə