Dünən "Sərhədçi" Olimpiya İdman Mərkəzində Azərbaycan və İran milli komandaları arasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş əlbəyaxa döyüş növləri üzrə yarış keçirilib. Siasport idman portalının məlumatına görə, turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Pankration, Qrepplinq və MMA Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə yerli idmançılar arasında MMA üzrə reytinq görüşləri təşkil olunub. Emin Həsənov (71 kq) Ramin Ağalarova, Cəmil İbrahimov (84 kq) İlham Orucova, Teymur Mehdiyev (100 kq) Yusif Ağayevə, həvəskar MMA yarışlarında isə Elnar İbrahimov Ruslan Abbasova qalib gəlib.
Pankration yarışlarında Şahin Loğmanov (45 kq, AZE) Mehdi Qolamini (İran), Əsgər Əsgərov (62 kq AZE) Maziyan Şahbanini (İran), qrepplinq yarışlarında Hidayət Məmmədov (62 kq AZE) Mehdi Magareni (İran), Orxan Musayev (77 kq AZE) Abbas Qolamalipuru (İran), MMA yarışlarında Bayram Şəmmədov (62 kq AZE) Açqan Enqarmusu (İran), Aqşin Babayev (66 kq AZE) Hasan Heydarini (İran), Vüqar Kərəmov (70 kq AZE) Seyid Bagerlakhapı (İran), Heydər Məmmədəliyev (78 kq AZE) Ehsan Vasfaini (İran), İlham Haqverdiyev (90 kq AZE) Mollamehemmedtaqi Abdullahpuru (İran), Fuad Qədirov (95 kq AZE) isə Mobil Abdullahpuru (İran) məğlub edib.
Yalnız qrepplinq yarışlarında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Elvin Ələkbərov iranlı Seyid Mustafa Balasefata ilə bacara bilməyib. Yarış Azərbaycan komandasının 10:1 hesablı qələbəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB