Topaz Premyer Liqasının son turunda səfərdə "Xəzər Lənkəran" ilə heç-heçə edən (0:0) "Sumqayıt" Futbol Klubu hazırlığını "Bayıl Arena"da davam etdirir. Siasport idman portalının məlumatına görə, kapitan Samir Abasov hazırlıq prosesi barəsində və qarşıdakı "Kəpəz" ilə oyun haqqında fikirlərini bildirib: "Son turda səfərdə "Xəzər Lənkəran" ilə qarşlaşmada qazandığımız bir xal bizim üçün olduqca əhəmiyyətlidir. Bu oyunda komandamız sözün əsl mənasında meydanda döyüşdü. Lənkəranda əsl futbol atmosferi hökm sürürdü. Baxmayaraq ki, tribunalarda əvvəlki oyunlardakı qədər azarkeş yer almırdı. Amma meydanın vəziyyəti və hava şəraiti futbolçuları futbol oynamağa sövq edirdi. Səfərdə qazandığımız bir xal uşaqlarda ruh yüksəkliyi yaradıb. İndi sadəcə qarşıdakı "Kəpəz" ilə oyunu düşünürük. Bu görüşdən maksimum nəticə ilə ayrılıb vəziyyətimizi bir qədər də yaxşılaşdırmaq istəyirik. Bundan sonra qazanacağımız hər xal bizim üçün qızıla bərabər olacaq".
Samir Abasov hazırda inşa olunan "Sumqayayıt" İdman Mərkəzi haqqında da fikirlərini bildirib. Adıçəkilən futbolçu bir Sumqayıt sakini kimi bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib: "İnanın, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun həyətindən içəri daxil olan kimi ürəyim açılır. Bəziləri hər iki meydanın süni örtüklü olmasını tənqid edir. Amma gəlin reallıqla danışaq, bu şəhərin belə bir idman mərkəzinə ehtiyacı var idi. Buradakı uşaqların yerinə çox sevinirəm. Artıq balalarımız yüksək şəraitdə məşq edib futbolda ilk addımlarını atacaqlar. Bir Sumqayıt sakini kimi şəhərimizdə belə bir idman mərkəzinin salınmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Burada böyüyən uşaqların adından bu qərarı verənlərə çox sağol deyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB