"Kəpəz", "Simurq" və "Bakı" klubları cəzalandırıldı

"Kəpəz", "Simurq" və "Bakı" klubları cəzalandırıldı

İntizam Komitəsinin bu gün keçirilən iclasında qərarlar qəbul edilib. Siasport idman portalı qəbul edilən qərarları diqqətinizə çatdırır:

Topaz Premyer Liqasının XXVII turunun "Kəpəz" – "Turan" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXVII turunun "İnter" – "Simurq" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 30-cu dəqiqəsində "Simurq" klubunun 30 №-li futbolçusu Mario Bojiç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XXVII turunun "Bakı" – "Qarabağ" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXVII turunun "Neftçi" – "Qəbələ" oyunun 65-ci dəqiqəsində "Qəbələ" klubunun 18 №-li futbolçusu Aleksandr Çertoqanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Matçın 66-cı dəqiqəsində "Neftçi" klubunun 9 №-li futbolçusu Flavio Aleks Valensio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XXVII turunun "Xəzər Lənkəran" – "Sumqayıt" oyunun 86-cı dəqiqəsində "Sumqayıt" klubunun 6 №-li futbolçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Matçın 90+2-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 11 №-li futbolçusu Dmitrios Sialmas əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XXVII turunun "Kəpəz" – "Turan" matçında "Turan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 77-ci dəqiqəsində "Turan" klubunun 15 №-li futbolçusu Orxan İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XXVII turunun "Neftçi" – "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XXVII turunun "Xəzər Lənkəran" – "Sumqayıt" oyununun 31-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 5 №-li futbolçusu Camal Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XXII turunun "Energetik" – "Ağsu" matçında "Energetik" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun XXII turunun "Bakılı" – "Şəmkir" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun XXII turunun "Tərəqqi" – "Neftçala" matçının 44-cü dəqiqəsində "Neftçala" klubunun 4 №-li futbolçusu Orxan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

Azərbaycan I Divizionunun XXII turunun "Lokomotiv" – "Göyəzən" matçının 45-ci dəqiqəsində "Göyəzən" klubunun 18 №-li futbolçusu Əli İmamverdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 60-cı dəqiqəsində "Lokomotiv" klubunun 18 №-li futbolçusu Kənan Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə