Argentina yığma komandasının sabiq futbolçusu Ariel Orteqa oğrular tərəfindən soyğuna məruz qalıb. Siasport idman portalının məlumatına görə, 4 nəfər şəxs maşınının yanında gözləyən futbolçuya yaxınlaşıb və onu məcburi şəkildə avtomobilə mindirib. Daha sonra isə futbolçudan maşını öz istədikləri yerə sürməyi tələb ediblər. Cinayətkarlar avtomobili dayandıraraq futbolçunun pulunu və digər ona məxsus olan əşyalarını qarət ediblər. Xoşbəxtlikdən Ariel Orteqaya heç bir ziyan vurmayıblar.
Qeyd edək ki, belə hadisələr Buenos-Ayresdə tanınmış insanların başına tez-tez gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB