İran və Azərbaycan yığma komandaları arasında reyting döyüşləri keçiriləcək
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Pankration,Grappling və MMA Federasiyası, "Yaguar" Energetik içkiləri şirkətinin təşkilatı dəstəyi və baş sponsurluğu ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində bu gün saat 19:00-da Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş pankration, grappling və mma növləri üzrə İran və Azərbaycan yığma komandaları arasında reyting döyüşləri keçiriləcək. Siasport idman portalının məlumatına görə, yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinin geniş qeyd olunması, pankration, grappling və mma idman növlərinin təbliği, gənclərdə fiziki sağlamlıq, möhkəm iradə və döyüşkən ruh tərbiyə edilməsindən ibarətdir. Həmçinin pankration, grappling və mma növləri üzrə yığma komandamızın Avropa və Dünya çempionatlarına, beynəlxalq turnirlərə mütəşəkkil hazırlanması, idmansevərlərə həyəcanlı və unudulmaz bir yarış bəxş etməkdir.
İran və Azərbaycan yığma komanda idmançılarının çəki və mediaya təqdimat mərasimi "Sərhədçi" İdman Olimpiya Mərkəzinin mətbuat konfransı salonunda dünən saat 15:30-da təşkil olunub.
İdmançıların Çəki və mediaya təqdimat mərasimini diqqətinizə çatdırırıq:
MMA versiyası üzrə Azərbaycan idmançıları arasında reyting görüşləri 71 kq Ramin Ağalarov, AZE - Emin Həsənov, AZE - 84 kq Cəmil İbrahimov, AZE - İlham Orucov, AZE - 100 kq Teymur Mehdiyev, AZE - Yusif Ağayev.
AZE Həvəskar MMA versiyası üzrə Azərbaycan idmançıları arasında reyting görüşləri Ruslan Abbasov AZE - Elnar İbrahimov AZE.
Azərbaycan və İran idmançıları arasında PANKRATİON üzrə reyting görüşlərində 45 kq Şahin Loymanov AZE - Mehdi Gholami İRN ,62 kq Əsgər Əsgərov AZE - Maziyar Shahbazi İRN.
Azərbaycan və İran idmançıları arasında GRAPPLİNG üzrə reyting görüşləri 62 kq Hidayət Məmmədov AZE - Mahdi Maghareh İRN, 77 kq Orxan Musayev AZE - Abbas Gholamalipour İRN, 84 kq Marif İsmayılov AZE-Seyedmostafa Balasefat İRN.
Azərbaycan və İran idmançıları arasınra peşəkar MMA üzrə reyting görüşləri 62 kq Bayram Şəmmədov AZE - Ashkan Engarnevis İRN, 66 kq Akşin Babayev AZE - Hassan Heydari İRN, 70 kq Vüqar Kərəmov AZE - Saeid Bagherlaghab İRN ,78 kq Heydər Məmmədəliyev AZE - Ehsan Vafaei İRN ,90 kq İlham Haqverdiyev AZE - Mohammadtagi Abdollahpour İRN ,95 kq Fuad Qədirov AZE-Mobin Abdollahpour İRN.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB