”Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxdı

”Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxdı

Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Bakı"nı qəbul edəcək "Xəzər Lənkəran" oyun öncəsi son məşqinə çıxıb. Siasport idman portalının məlumatına görə, səhər saatlarında başlayan məşqdə "Ağ yaşıllar" saat yarım ərzində məşqçilər korpusunun verdiyi çalışmaları səylə yerinə yetiriblər. Hazırda "Xəzəzr Lənkəran"ın heyətində Dimitrios Sialmas, Alvaro Silva və Adrian Pit zədədən əziyyət çəkir. Adıçəkilən futbolçuların meydana çıxıb-çıxmayacağı oyun saatına yaxın məlum olacaq.









Bütün xəbərlər Facebook səhifəmizdə