"Qarabağ" klubu ciddi itki ilə üzləşib

"Qarabağ" klubu ciddi itki ilə üzləşib

Azərbaycan kubokunun yarımfinalının cavab oyununda sabah "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" klubu ciddi itki ilə üzləşib. Siasport idman portalı xəbər verir ki, bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, komandanın aparıcı üzvlərindən müdafiəçi Ansi Aqolli Topaz Premyer Liqanın 27-ci turunda "Bakı" ilə maçtda zədələndiyi üçün "Neftçi" ilə oyunu buraxmalı olacaq.

Qeyd edək ki, Aqolli ilə yanaşı, "Qarabağ"ın digər müdafiəçisi Admir Teli də "Bakı" ilə maçtda zədələnərək oyunu davam etdirə bilməyib. Onun da "Neftçi"yə qarşı oynaması sual altındadır.

Xatirladaq ki, "Qarabağ" - "Neftçi" oyunu sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə