Premyer Liqanın 27-ci turu çərçivəsində "İnter" - "Simurq"matçı bir sıra statistik göstəricilər ilə yadda qalıb. Siasport idman portalının məlumatına görə, "Simurq" ilə oyunda dubl etməklə fərqlənən bolqarıstanlı yarımmüdafiəçi Daniel Genov və çempionatda ilk dəfə əsas heyətdə meydana çıxan və ikinci hissədə zaqatalıların qapısından qol keçirən "İnter"in gənc forvardı Ramil Mansurov klubun tarixi ərzində bu turnirdə fərqlənə bilən "İnter"in sayca 71-ci və 72-ci futbolçuları olub. Mövsümün gedişində bu siyahıya əvvəllər Georgiya Adamiya, Slavço Georgiyevski, Yuri Fomenko, Fuad Bayramov və artıq "İnter"dən ayrılan Cako Arafat düşüblər.
Bundan başqa, bu oyun "İnter"in qapıçısı Elşən Poladovun debüt etməsi ilə də yadda qalıb. Daha doğrusu, bu qapıçının komandanın heyətində çempionata qayıtması ilə diqqəti cəlb edib. Belə ki, Elşən Poladov 2006/2007-ci il mövsümündə "İnter"in qapısını qoruyub.
Kaxaber Tsxadadzenin çempionatın 27 oyununda istifadə etdiyi futbolçuların sayı 29-a çatıb. "İnter"in heyətində daha çox meydanda olan futbolçu Slavço Georgiyevskidir - 2306 dəqiqə. Ən az oynayan gənc yarımmüdafiəçi Coşğun Diniyevdir - 15 dəqiqə.
"İnter"in ən yaxşı bombardiri 7 qolla Baçana Tsxadadzedir. Təqribən hər 259 dəqiqən bir qol vurur. Ən çox sarı vərəqə alan futbolçu Vladimir Levin və Slavço Georgiyevskidir - 8.
"Simurq" üzərində 5:0 hesablı qələbə "İnter"in tarixində sayca dördüncüdür. Belə ki, 2005/2006-cı il mövsümündə komanda doğma stadionda "Gəncə"ni 5:0 hesabı ilə məğlub edib. Növbəti mövsümdə "İnter" Tovuzun "Turan" komandasına 1:7 hesabı ilə qalib gəlib. 2009/2010-cu il mövsümündə Kaxaber Tsxadadzenin yetirmələri səfərdə "Muğan"ı 1:6 hesabı ilə darmadağın ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB