Xəbər verdiyimiz kimi, Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Siasport idman portalının məlumatına görə, Türkiyə yığma komandasının rəhbərləri Ensar Kurt və Numan Ergin, həmçinin turnirin qızıl medalını qazanan Yusuf Can Zeybek (96 kq) və bürünc medala sahib olan Yunus Emre Dede (120 kq) yola düşməzdən əvvəl Azərbaycan Güləş Federasiyasının qonağı olub. Baş katib, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov və AGF kollektivi ilə görüşən qonaqlara federasiyanın fəaliyyəti və əldə olunan nailiyyətlər barədə geniş məlumat verib.
Qeyd edək ki, AGF kollektivini ziyarətdən məmnunluqlarını ifadə edən qonaqlar Bakıdan xoş təəssüratla ayrıldıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB