Çexiyanın Teplitse şəhərində gənc oğlanlar və qızlar arasında cüdo üzrə Avropa Kuboku yarışlarında Azərbaycan komandası dörd qızıl və bir gümüş medal qazanıb. Siasport idman portalının məlumatına görə, 55 kq çəki dərəcəsində final görüşündə qarşılaşan idmançıların hər ikisi Azərbaycan nümayəndələri olub. İlkin Babazadə Fərid Qardaşxanova qalib gəlib.
50 kq çəki dərəcəsində həlledici döyüşdə Xəzər Həsənov Belçika nümayəndəsi Vladislav Limi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
60 kq çəki dərəcəsində çıxış edən Rauf Xəlilov da qızıl medal qazanıb. O, final görüşündə İtaliya nümayəndəsi Elios Manzidən üstün olduğunu sübut edib. Qızlar arasında 40 kq çəki dərəcəsində çıxış edən Leyla Əliyeva da əla oyun göstərib. O, qızıl medal uğrunda döyüşdə hollandiyalı Anek Norderi məğlub edib.
Qeyd edək ki, ümumi hesabda Azərbaycan komandası yalnız Almaniya komandasından (6-3-7) geri qalaraq ikinci yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB